Baş Prokurorluq “Müasir dövrün çağırışlarında media ilə dialoq” mövzusunda konfrans keçirəcək

Baş Prokurorluğun təşkilatçılığı ilə aprelin 28-də tabe rayon prokurorluqlarının media ilə işləyən məsul əməkdaşlarının, digər dövlət və media qurumlarının, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə “Lankaran Springs” oteldə “Müasir dövrün çağırışlarında media ilə dialoq” mövzusunda konfrans keçiriləcək.

Bu barədə Anons.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, silsilə tədbirlər kimi nəzərdə tutulmuş belə formatlı konfrans ilk dəfə martın 14-də Gəncədə təşkil olunub.