- 26
“Subo” ləqəbi ilə məşhurlaşan azərbaycanlı bloger və pranker Sübhan Murad oğlu Məmmədovun Rusiyaya girişinə 70 il müddətinə qadağa qoyulub.
Anons.az olay.az-a istinadən xəbər verir, buna səbəb isə Rusiyadakı polis və hərbçilərlə bağlı çəkdiyi prank videoları olub.
Bildirilir ki, S.Məmmədov çarxlarda hüquq-mühafizə orqanlarının əməkdaşlarını kamera qarşısında alçaldıb.
Aparılan təhqiqat nəticəsində bəlli olub ki, “Subo” Rusiya vətəndaşlığı almaq üçün sənədləri təqdim edərkən yanlış məlumatlar verib.
İndi onun yalnız Azərbaycan vətəndaşlığı qalıb.