• Anons.Az
  • ENDİRİLİR

  • Anons.Az
  • ENDİRİLİR

"Adana Demirspor"u hansı cəza gözləyir?



Dünən Türkiyə Super liqasının 23-cü turu çərçivəsində keçirilən "Qalatasaray"-"Adana Demirspor" maçında qonaqlar 30-cu dəqiqədə meydanı tərk etdi.

Anons.az "Fanatik"ə istinadən xəbər verir ki, Futbol Yarışı Təlimatları 24-cü maddəsi baş verənləri aydın şəkildə izah edir. Mövsümdə ilk dəfə meydandan çəkilən komanda oyunu 3-0 məğlub olmuş sayılır və 3 xalı silinir. Burada da qərar böyük ehtimalla "Adana Dəmirspor"un məğlubiyyəti və 3 xalın silinməsi olacaq. Qarşılaşma dayandırılsa belə, cəza səbəbindən bu matçda iştirak etməyən futbolçular TFF İntizam Nizamnaməsinə uyğun olaraq cəzalarını çəkmiş hesab olunacaqlar.

Qaydaların 92-ci maddəsinin 13-cü bəndi bu qaydanı açıq şəkildə ifadə edir.

ƏN ÇOX OXUNANLAR

0.0074808597564697